Rihannanı əvvəllər belə görmüşdünüz? -  FOTO
11 iyul 2022 15:45 (UTC +04:00)

Rihannanı əvvəllər belə görmüşdünüz? - FOTO

Bu ilin yazında Rihanna və reper A$AP Rocky ilk dəfə valideyn olublar. Onların adı hələ də sirr olaraq qalan bir oğlu olub. 

Lent.az xarici mediaya istinadla bildirir ki, müğənni doğuşdan sonra uzun müddət ictimaiyyət qarşısına çıxmayıb. Yalnız iyunun sonunda o, tədricən adi həyatına qayıtmaq qərarına gəlib.

Rihanna özü hələ səhnəyə çıxmağa hazırlaşmır, lakin A$AP Rokki yay festivallarında fəal şəkildə çıxış edir. Müğənni də konsertlərdə ona dəstək olur.

Bu günlərdə reper Portuqaliyada keçirilən Rolling Loud festivalında çıxış edib. Bu tədbirə gənc ana Rihanna da qatılıb. O, pərəstişkarları üçün bir qədər qeyri-adi görkəmdə olub. Axı, artıq hamı onu "çılpaq" formada görməyə öyrəşib. Amma bu dəfə əynində başdan ayağa geyim olub.

Tədbir üçün ulduz “Balenciaga və Adidas”ın ümumi kolleksiyasından obraz seçib. Yeri gəlmişkən, geyimin yaradılmasında müğənninin “Fenty Beauti” brendinin baş vizajisti Priscila Ononun da əli olub. O, Rihannanın fotosunu “Instagram” səhifəsində yerləşdirərək “Cəsarətli nənə” imzasını atıb.

Qeyd edək ki, Rihanna və A$AP Rocky rəsmən evli deyillər. Onların sevişdiyi 2020-ci ildə məlum olub. Ancaq cütlük münasibətlərini bir il sonra - 2021-ci ildə rəsmən təsdiqləyib.

Rihanna oğlunu Los-Ancelesdə doğub. Amma onu başqa şəhərdə böyütməyi planlaşdırır. Deyirlər ki, müğənni A$AP Rocky və körpəsi ilə birlikdə müğənninin doğulduğu yer olan Barbados adasına köçüb.
 

# 2940
avatar

Oxşar yazılar