İki azərbaycanlı ailə  Rusiyadan qovuldu
03 iyul 2025 11:03 (UTC +04:00)

İki azərbaycanlı ailə Rusiyadan qovuldu

Sankt-Peterburqda yeniyetmələr arasında baş verən münaqişə davanın təhrikçisi olan 13 yaşlı və onun 15 yaşlı şərikinin ailələrinin Rusiyadan Azərbaycana qovulmasına səbəb olub. 

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional baş idarəsi məlumat yayıb. Bundan əvvəl Sankt-Peterburqda yeniyetmələr arasında baş verən davadan sonra Azərbaycandan olan bir çoxuşaqlı ailənin Rusiyadan qovulması barədə məlumat yayılıb.

Polisin iddiasına görə, 9-cu sinif şagirdi xəsarətlə xəstəxanaya yerləşdirildikdən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları nəinki davanın təhrikçisi olan 13 yaşlı, həm də davanın digər iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını dindiriblər. Ona və ailəsinə qarşı da oxşar tədbirlər görülüb.

Qeyd edilir ki, iyunun 30-da Sankt-Peterburqun Bolşevikov prospektində sosial şəbəkələrdəki mübahisə zəminində yeniyetmələr arasında dava baş verib; 16 yaşlı 9-cu sinif şagirdi 13 yaşlı yeniyetmə və onun iki dostu tərəfindən döyülüb. 9-cu sinif şagirdi beyin silkələnməsi və kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 894

Oxşar yazılar