Suaresin "İnter Mayami"dəki gələcəyi  müəyyənləşdi
03 iyul 2025 12:18 (UTC +04:00)

Suaresin "İnter Mayami"dəki gələcəyi müəyyənləşdi

"İnter Mayami"nin hücumçusu Luis Suares müqaviləsi başa çatdıqdan sonra komandanı tərk edəcək.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, klub 38 yaşlı hücumçu ilə müqaviləni yeniləmək fikrində deyil.

Səbəblərdən biri də Suaresin yüksək maaş almasıdır. “İnter Mayami” maliyyə xərclərini optimallaşdırmağa çalışır.

Qeyd olunur ki, uruqvaylının hazırkı müqaviləsi 2025-ci il dekabrın 31-dək qüvvədədir.

Suares komandaya 2024-cü ilin yanvarında qoşulub. Bu mövsüm o, 25 oyun keçirib, 9 qol vurub və 10 məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 400

Oxşar yazılar