Sabunçuda narkotik satan  5 nəfər saxlanıldı -VİDEO
03 iyul 2025 10:58 (UTC +04:00)

Sabunçuda narkotik satan 5 nəfər saxlanıldı -VİDEO

Sabunçuda narkotiklərin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib, 5 nəfər saxlanılıb.

DİN-in Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib. Tədbirlər zamanı 44 yaşlı Samirə Rüstəmova, 36 yaşlı Bayram Feyziyev, 28 yaşlı Yaşar Əhmədov, 44 yaşlı Elbəyi Çərkəzov və 41 yaşlı Saleh Mirməmədov saxlanılıblar. Onlardan ümumilikdə 5 kiloqramdan artıq heroin, marixuana, psixotrop maddə metamfetamin və narkotiklərin satışında istifadə olunan elektron tərəzilər aşkarlanıb.

Saxlanılanlar narkotik vasitələri şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə əldə etdiklərini və ayrı-ayrı ünvanlara çatdıraraq maddi gəlir qazanmaq niyyətində olduqlarını bildiriblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 412

Oxşar yazılar