Bakıda istirahət mərkəzində FACİƏ:  "tok" vurub öldürdü
03 iyul 2025 09:47 (UTC +04:00)

Bakıda istirahət mərkəzində FACİƏ: "tok" vurub öldürdü

1

Bakıda istirahət mərkəzində ölüm hadisəsi baş verib. 

Lent.az xəbər verir ki, hadisə Xəzər rayonu, Mərdəkan qəsəbəsinin ərazisində yerləşən istirahət mərkəzində qeydə alınıb. 

Orada fəhlə işləyən, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Elçin Cavatoviç Ramazanovu elektrik cərəyanı vuraraq öldürüb. 

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 4594

Oxşar yazılar