Lənkəranda 65 yaşlı kişini bıçaqlayan şəxs tutuldu
03 iyul 2025 10:18 (UTC +04:00)

Lənkəranda 65 yaşlı kişini bıçaqlayan şəxs tutuldu

Lənkəranda həmkəndlisini bıçaqlamaqda şübhəli bilinən 50 yaşlı kişi saxlanılıb.

Hadisəni törətməkdə şübhəli bilinən 50 yaşlı Baxış Qurbanov polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, hadisə rayonun Şürük kəndində baş verib.

Kənd sakini 1960-cı il təvəllüdlü Elxan Şahi oğlu Kazımov boynunun ön və belin arxa səthində kəsilmiş-deşilmiş yaralar diaqnozu ilə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib.

E.Kazımovun sözlərinə görə, qonşu onun evinə hücum çəkib və ona xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 438

Oxşar yazılar