Dünya şöhrətli müğənni, aktrisa Selena Qomez müzakirələrə səbəb olacaq açıqlama verib.
Lent.az xəbər verir ki, pop ulduz yaxın dostu Teylor Svift barəsində açıqlaması digər dostunun "xətrinə dəyib".
"Musiqi sahəsində tək gerçək dostum Teylor Sviftdir" - deyəndən sonra müğənniyə öz böyrəyini bağışlayan Fransia Raisa "qəribədir" şərhini yazaraq Selenanı izləmədən çıxarıb.
Sağalmaz xəstəliyə yoluxan müğənni Selena Qomezə 2017-ci ildə böyrək köçürülüb.