Türkiyəli məşhur aktrisa Pınar Altuğ və əri Yağmur Atacan tənqid atəşinə tutulub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu yaxınlarda cütlük tətilə çıxıb. Tətil zamanı Yağmur Atacan tam səslə çalınan musiqi ilə dənizdə üzən qayığı paylaşaraq bu vəziyyəti tənqid edib.
Atacanın paylaşımından sonra həyat yoldaşı Pınar Altuğ maraqlı mesaj alıb. Tanınmış aktrisa Pınar Altuğ paylaşımı yanlış anlayan şəxsin Yağmur Atacanla bağlı çirkin müqayisə aparması onu əsəbləşdirib.
Həmin şəxs Atacana “Qadının pulu ilə dolanır” ifadəsini işlədib. Ona cavab olaraq deyib:
“Başqalarına hörmətiniz və münasibətiniz kifayət qədər başa düşüləndir və sizə cavab verməyin nə dərəcədə düzgün olduğunu bilmirəm”.