Mətanət əməliyyat olundu -  VƏZİYYƏTİ AĞIRDIR
13 aprel 2022 10:48 (UTC +04:00)

Mətanət əməliyyat olundu - VƏZİYYƏTİ AĞIRDIR

Müğənni Mətanət Əsədova əməliyyat olunub.

Xəstəxanadan Lent.az-a verilən məlumata görə, ifaçının vəziyyəti ağırdır: “Mətanət xanım yenicə əməliyyat olundu. İndi vəziyyəti ağırdır”. 

Qeyd edək ki, M.Əsədova bir neçə gün öncə Lent.az-a  bu barədə açıqlama vermişdi: “Təcili əməliyyat olunmalıyam. Səhhətimdə problem var. Həkim məni gözləyir, amma "narkoz"dan qorxuram. Ona görə də illəridir yaranan problemi aradan qaldıra bilmirəm. Allah özü kömək olsun. İnşallah, özümdə güc tapsam, əməliyyata girəcəm. Lazım olan bütün analizləri vermişəm”. 

# 8049
avatar

Yalçın UĞUR

Oxşar yazılar