Məşhurlar haradan geyinir? - QİYMƏTLƏR
16 iyun 2022 18:22 (UTC +04:00)

Məşhurlar haradan geyinir? - QİYMƏTLƏR

Məşhurlar haradan geyinir? - DODAQ UÇUQLADAN QİYMƏTLƏR

Çoxumuza məlumdur ki, Azərbaycanda şou-biznes nümayəndələri çalışırlar geyimlərilə özəl görünüş yaratsınlar. Həm kliplərdə, həm də gündəlik həyatda geyimlərilə müzakirə olunanlar da az deyil. 

Bəs, məşhurlarımız daha çox qarderoblarının bahalı geyimlərdən ibarət olmasına önəm verirlər, yoxsa zövqlü olmasına?.. Elə buna görə də, kiçik araşdırma etmişik.

Lent.az məşhurların haradan geyindiyi və onların qiymətlərini sizə təqdim edir: 

1.    Dünən 40 yaşını tamamlayan pop ulduz Röya Ayxanın bu dəbli libasın markası “Vetements”dəndir,  qiyməti isə 1817 dollar, təxminən 3090 manatdır. Müğənninin “Versace”dən geyindiyi hündür daban ayaqqabısının qiyməti 1425 dollar, təxminən 2422 manatdır.


 

2.    Röya Ayxanın yuxarıdakı libasına oxşayan, lakin eyni markanın fərqli modelini geyinən iş xanımı Ruhinin  “Tom Ford” markasından olan ayaqqabılarının qiyməti 2100 manat, “Bvlgari”dən olan çantasının qiyməti 1200 manat dəyərindədir.


 

3.    Pop diva, Xalq artisti Aygün Kazımova da bahalı geyimlərə üz tutan məşhurlardandır. Sənətçinin İtaliyanın məşhur brendlərindən birinə məxsus şalvarının qiyməti 2031 manat, ayaqqabının qiyməti isə 2482 manatdır.


 

4.    Aktrisa Pərvin Abıyeva ifa etdiyi rollardan çox, geyimi ilə də müzakirələr yaratmaqda davam edir. Onun “Mango”dan olan yaşıl donunun qiyməti 46 dollar, yəni 79 manat dəyərindədir.


5.    Müğənni Şəbnəm Qəhrəmanovanın su pərisi görkəmli, özəl dərzisində tikilmiş bu əlbisəsinin qiyməti 800 manatdır. Əlbisəni tamamlayan qızılı çantası 1800, ayaqqabılarının qiyməti 500 manat, qızıl sırğaları isə 350 manat dəyərindədir.


 

6.    Müğənni Türkan Vəlizadə sadə, yaşıl libasına 1000 manat xərc çəkib. “Fendi” çantasının qiyməti 3500 manat, rəqqasə Aytənin ayaqqabı firmasına məxsus hündür daban ayaqqabısının qiyməti 500 manat dəyərindədir. 


 

7.    Tanınmış müğənni Lətifə Soyuözün “Rolex” markasının istehsalı olan saatının qiyməti 37 min manat, “Cartier” markasından bilərzikləri 36 min manatdır. İfaçının sözlərinə görə, qarderobunda özəl tikilən ən bahalı paltarın qiyməti 24 min manatdır.


 

8.    Xalq artisti Tünzalə Ağayevanın geyimləri bahalı olmasa da, "Jimmy Choo", "Saint Laurent", "Gianvito Rossi" kimi brendlərin ayaqqabılarından istifadə edir. Onun bu libasının qiyməti 4720 dollar, təxminən 8000 manat dəyərindədir.

9.    Hər dəfə geyimlərinin markalarını könül rahatlığı ilə etiraf edən Günel Zeynalovanın qarderobunda "Gucci", "Dior", "Louis Vuitton", "Michael Kors" kimi brendlərdən istifadə edir. İfaçı daha çox çanta və kəmərlərinin brend olmasına üstünlük verir.


 

10.    Məşhur modelyer Fəxriyyə Xələfovanın geyindiyi Fransanın tanınmış markalarından birinə məxsus olan ayaqqabısının qiyməti 1300 manat dəyərindədir.


 

11.    Bəstəkar-müğənni Murad Arif sadə, şıq geyim tərəfdarı olduğunu deyib. Onun sözlərinə görə, qarderobunda kostyumlarının qiyməti uzağı 300-500 manat dəyərindədir. 


12.    Əməkdar artist Cavanşir Məmmədovun açıqlamasına görə, istifadə etdiyi qol saatının qiyməti 100 manatdan bahadır.


13.    Aybəniz Haşımovanın müğənni qızı Aynişan Quliyevanın üzərindəki libası və aksesuarları məşhur “H&M” markasına aiddir. Onun şəkildəki paltarının qiyməti 43, ətəyi 21, botunun qiyməti isə 81 manatdır.


14.    Ölkəmizi 2010-ci ildə Avroviziyada layiqli təmsil edən Səfurə Əlizadənin çantasının qiyməti 731 manat, Koreya istehsalı eynəyinin qiyməti isə 560 manat dəyərindədir.


15.    “Heç vaxt kirayə paltar götürüb geyinməmişəm” – deyən rəqqasə, aktrisa Oksana Rəsulovanın sözlərinə görə, ən bahalı libası 3 min manat dəyərində olub. O, həmin geyimin markasını, istehsal yerini isə deməyib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6384
avatar

Nigar Namiq

Oxşar yazılar

Beyons futbol oyununda çıxış edəcək

Beyons futbol oyununda çıxış edəcək

12 dekabr 2024 , 21:21
Dünyanın ən böyük yanaqlı qadını  açıq-saçıq geyimdə poza verdi

Dünyanın ən böyük yanaqlı qadını açıq-saçıq geyimdə poza verdi

12 dekabr 2024 , 19:19
Taylor Sviftdən dünya REKORDU

Taylor Sviftdən dünya REKORDU

12 dekabr 2024 , 17:42
Selena Qomes evlənir

Selena Qomes evlənir

12 dekabr 2024 , 13:22
Şahzadə Diananın MODA HİYLƏSİ

Şahzadə Diananın MODA HİYLƏSİ

12 dekabr 2024 , 10:20
Meqan Foks doğuşdan əvvəl sevgilisindən ayrıldı

Meqan Foks doğuşdan əvvəl sevgilisindən ayrıldı

11 dekabr 2024 , 23:03
Məşhur rəqqasənin adından dələduzluq  edildi

Məşhur rəqqasənin adından dələduzluq edildi

11 dekabr 2024 , 22:07
"Eurovision 2025"də yeni sərt qaydalar  tətbiq olundu

"Eurovision 2025"də yeni sərt qaydalar tətbiq olundu

11 dekabr 2024 , 21:47