Türkiyəli kino aktyoru Tolga Savacı vəfat edib.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bu barədə onun xanımı məlumat verib.
O, ərinin infarkt səbəbi ilə 60 yaşında öldüyünü bildirib. O son illər ABŞ-nin Nyu-Cersi ştatında yaşayırdı.
90-cı illərdə həm də modelliklə məşğul olan Tolga Savacı bir çox ekran işində rol alıb. İtaliya, Almaniya, Fransada modellik edən Tolga "Tapılacak Kadın", "Sekreter", "Seviyorum", "Sıcak Yatak", "Sen Ve Ben", "Kırmızı Işık", "Kurt Seyit ve Şura" kimi film və seriallarda müxtəlif obrazlar canlandırıb.