Amerikalı aktyor Arnold Şvartsenegger ABŞ prezidentliyinə namizəd olmaq arzusunu açıqlayıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, o, gələn il prezidentliyə namizəd olacağını bildirib:
"Mən bu seçkidə necə qalib gələ biləcəyimi çox açıq şəkildə görürəm. Eynilə Kaliforniya qubernatorluğuna namizəd olduğum vaxtda olduğu kimi. Təəssüf ki, ABŞ vətəndaşı deyiləm və buna icazə verilməyəcək”.
Qeyd edək ki, Şvartsenegger 2003-2011-ci illərdə Kaliforniyanın 38-ci qubernatoru olub.