“Güzel Köylü” serialı ilə də tanınan aktrisa Gizem Karaca 2017-ci ildə iş adamı Kemal Ekmekçi ilə ailə həyatı qurub.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, məşhur cütlük evləndikdən sonra İstanbulu tərk edərək Egedə kənd həyatı yaşamağa başlayıb.
Evliliyinin yaxşı getdiyini vurğulayan Karaca deyib: "O, İstanbulu heç sevmir, onu İzmirdən çıxara bilmirəm”.
Gizem Karaca evinin bağçasında əkin-biçinlə məşğul olur, öz əkdiyi tərəvəz bitkiləri ilə qidalandığını bildirib. O, inək sağmağı sevdiyini, toyuq, cücə, keçi bəslədiyini, hətta evindəki tualetin təmiri ilə də özü məşğul olduğunu söyləyib.
"Evim sanki reabilitasiya mərkəzidir. Hər şeyi öz istəyimizə uyğun dizayn etdik ki, rahat yaşaya bilək. Bizim şirin və dinc həyatımız var”, - o vurğulayıb.