Bu günlərdə Kiprə gedən tanınmış şoumen Mehmet Ali Erbil orada xəstəxanaya yerləşdirilib.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, bu barədə şoumenin bacısı Yeşim Erbil məlumat verib. O qeyd edib ki, anidən qardaşının halı pisləşib, üst tənəffüs yollarında problem yaranıb və boğulmağa başlayıb.
“Təcili xəstəxanaya yerləşdirdik. Qardaşım Girne Universitetinin xəstəxanasında reanimasiyaya yerləşdirildi, müalicə aldı. Hazırda evdə dincəlir”,- o qeyd edib.
Xatırladaq ki, Mehmet Ali Erbil 2018-ci ildə keçirdiyi ağır xəstəlikdən sonra yerimə qabiliyyətini itirmişdi. Ağır günlərdən sonra bir qədər özünə gələn şoumen hamamda yıxılmaqla ikinci dəfə ağır travma alıb və əlil arabasında hərəkət etməyə məhkum olub.