Dünyaca məşhur müğənni Maykl Ceksonun məşhur dəri gödəkçəsi satışa çıxarılıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Ceksonun reklam çarxında geyindiyi ikonik gödəkçəsi noyabrda Londonda hərraca çıxarılacağı məlum olub. Ağ-qara dəri gödəkçənin ən azı 245 min dollara (təxminən 416 min 500 manat) alıcı tapacağı gözlənilir.
Qeyd edək ki, hərraca çıxarılanlar arasında Corc Maykl, Emi Uaynhaus, Devid Boui, Elvis Presli, Anqus Yanq, Con Lennon və "The Beatles"a məxsus əşyalar da var.