“Klon” serialının ulduzu Karla Diaz son hazırlıqlar ərəfəsində toyunu ləğv edib.
Lent.az xarici mediyaya istinadən bildirir ki, “Klon” serialında Jade və Saidin yeganə qızı rolunu oynayan aktrisa Karla Diaz nişanlısı Felipe Becare ilə ayrıldığını açıqlayıb.
“Elə şeylər var ki, onları tək yaşamaq lazımdır... Felipe ilə mən artıq birlikdə deyilik. Münasibətlərimizə həqiqətən hörmət edirəm və onun xoşbəxt olmasını istəyirəm", - Diaz şəxsi bloqunda paylaşım edib.
Ayrılığa səbəb heyvanların mühafizəsi fondundan vəsaitin sevgilisinə xərclənməsi olub. Braziliyalının özü hər şeyi inkar etsə də, seçilmiş və qanun qarşısında tamamilə təmiz olduğuna əmin olsa da, polis artıq bu işlə maraqlanmağa başlayıb.
Maraqlıdır ki, bir müddət əvvəl Diaz sosial şəbəkələrdə dəbdəbəli zinət əşyaları və toydan öncəki İtaliyaya səfərindən kadrlarla öyünüb.
Xatırladaq ki, aktrisa braziliyalı deputat və heyvan hüquqları müdafiəçisi ilə 2022-ci ildə nişanlanıb.