Hamıya analıq dərsi verən məşhur “yutuber” öz uşaqlarına işgəncə verirmiş – HƏBS OLUNDU
13 sentyabr 2023 10:28 (UTC +04:00)

Hamıya analıq dərsi verən məşhur “yutuber” öz uşaqlarına işgəncə verirmiş – HƏBS OLUNDU

Dünyaca məşhur "yutuber" Ruby Franke öz uşaqlarını istismar etdiyi üçün həbs edilib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, O, analıq və valideynlik məsləhətləri verdiyi “yutuber”  kanalı ilə bu mövzuda dünyanın ən məşhur adlarından biri olub. O, evdə  təhsillə bağlı da valideynlərə məsləhətlər verirdi. Ruby Franke zaman-zaman qeyri-ənənəvi üsulları və sərt rəftarı ilə tənqid də olunub.

Məşhurun 12 yaşlı oğlu evdən qaçaraq qonşusuna sığınıb. Uşağın kəndirlə bağlandığı və bədənində kəsiklər və əzilmələr olduğu görünüb. Üstəlik, bədbəxt uşaq günlərlə ac qalıb.

Ailənin böyük qızı bundan əvvəl də vəziyyətdən şikayət etməyə çalışdığını, lakin uğursuz olduğunu açıqlayıb. Onların qonşuları da uşaqların vəziyyətindən narahat olduqlarını və sosial xidmətlərə zəng vurduqlarını açıqlayıb, lakin heç bir nəticə ala bilməyib.

Məşhur “yutuber” in  bacıları da birgə açıqlama veriblər. Onun bacıları Ruby Frankenin heç vaxt azadlığa buraxılmamasının lazım olduğunu, onun təhlükəli insana çevrildiyini açıqlayıblar. Bundan əvvəl uşaqlara ziyan gəlməsin deyə susduqlarını da bildiriblər.

“İnstagram” da açıqlama verən ailənin böyük övladlarının da bu işdə şahid olması və analarının əleyhinə ifadə verməsi gözlənilir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3456
avatar

Xədicə ƏFQAN

Oxşar yazılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16
Şeron Stoun  Türkiyəyə gəlir

Şeron Stoun Türkiyəyə gəlir

26 iyul 2024 , 11:32
Milyonçu bloger Hüseyn Bakıya köçüb  - Gəlin namizədlər tapıb

Milyonçu bloger Hüseyn Bakıya köçüb - Gəlin namizədlər tapıb

25 iyul 2024 , 19:07