Gladys Knight səhnələrdən uzaqlaşır: 82 yaşlı müğənni  qərarını açıqladı
29 avqust 2026 05:21 (UTC +04:00)

Gladys Knight səhnələrdən uzaqlaşır: 82 yaşlı müğənni qərarını açıqladı

0

Məşhur müğənni Gladys Knight canlı konsertlərin sayını azaltmaq qərarına gəlib.

Lent.az xəbər verir ki, bu barədə TheWrap məlumat yayıb.

82 yaşlı sənətçi bundan sonra daha çox həyat yoldaşı və nəvələri ilə vaxt keçirmək istədiyini bildirib. Knight uzun illər davam edən musiqi karyerası ərzində soul və R&B musiqisinin ən tanınmış simalarından birinə çevrilib.

Müğənninin son konsertlərindən sonra səhhəti ilə bağlı müxtəlif müzakirələr yaranmışdı. Knight isə bundan sonra fəaliyyətini daha seçici şəkildə davam etdirməyi planlaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 44

Oxşar yazılar