Müğənni Elnarə Xəlilovanın tələbəsi vəfat edib.
Lent.az xəbər verir ki, bu haqda ifaçı özü məlumat yayıb. Müğənni bildirib ki, xərçəngdən əziyyət çəkən tələbəsi Kubra Quliyeva dünyasını dəyişib:
“Keçən il bu vaxt sənin şəklini paylaşıb hər kəsdən əməliyyat üçün yardım istədik. Haqqınızı halal edin, dostlar, Kubramız bu gün haqqın rəhmətinə qovuşdu. Qisməti belə imiş. Allah rəhmət eləsin. Allah valideynlərinə, bacı və qardaşına, yaxınlarına səbr versin”.
E.Xəlilova mərhumun apreldə lentə alınan videosunu paylaşaraq bu sözləri yazib:
"Video apreldə çəkilib. O cür şaqraq səsi olan, “Gülçöhrə” nin ariyasını oxuyanda pəncərələr titrədən Kubramızın bu videoda artıq səsi çıxmırdı. Beynində şiş var idi. Nə qədər əməliyyat, kimya oldusa, xeyri olmadı".
Qeyd edək ki, K. Quliyeva həmçinin Musiqili Teatrın xor artistidir.