"Paramount Pictures" şirkəti baş rolunu Hollivud ulduzu Tom Kruzun canlandırdığı "Çətin tapşırıq 8" filminin yeni hissənin premyerasını daha bir il uzadıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, əvvəlcə layihənin təqdimatı gələn ilin 28 iyununda olacağı açıqlanmışdı. Lakin indi ekran işinin premyerasının 23 may 2025-ci ildə keçiriləcəyi bildirilib.
Studiya bu qərarı ABŞ Aktyorlar Gildiyası tərəfindən davam edən tətilə görə verib.