Türkiyəli müğənni Əmrahın oğlu Tayfun Ərdoğan evlənib.
Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, Əmrahın illərlə küsülü olduğu oğlu yanvarda nişanlandığı Eda İrapla ailə həyatı qurub.
Tayfun Ərdoğanın nikah mərasimində yaxın dostları, həmçinin aktyor Nuri Alço da iştirak edib.
Məclisdə çıxış edən aktyor deyib:
“Hər zaman Tayfunun yanında olacağıma söz verirəm. Onu təbrik edir, xoşbəxtlik arzulayıram”.
Qeyd edək ki, Əmrah oğlunun toy məclisinə getməyib və sosial şəbəkələrdə mövzu ilə bağlı heç bir paylaşım etməyib. Onlar illərdir ki, görüşmürlər.