Yakuboviç ŞOKDA: “Pole çudes”də hərfin biri çatmadı
15 fevral 2020 17:47 (UTC +04:00)

Yakuboviç ŞOKDA: “Pole çudes”də hərfin biri çatmadı

Məşhur “Pole çudes” şou proqramının müəllifləri rus dilini bilməmələrinə görə qınanıblar. 

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, buna səbəb verilişdə yaşanan “biabırçılıq” olub.

Oyun zamanı sual olunan sözü tabloda açarkən aparıcı Leonid Yakuboviç cətin duruma düşüb – sualın cavabındakı "n" hərfi sözdə əksini tapmayıb.

“N” hərfinin əskik olmasına baxmayaraq, şou iştirakçılarından biri tam sözü taparaq açılmasını istəyib. Elə hər şey də bundan sonra başlayıb.

Verilən sualın cavabı “Monpansye” olduğu halda, tabloda “Monpasye” kimi göstərilib. Təbii ki, səhv üzündən sözdəki hərf sayları azaldığından viktorina şousunun qonaqları üçün də “iş” çətinləşib.

Leonid Yakuboviç məsələyə münasibət bildirərkən özünəməxsus tərzdə, “Yaxşı ki, bunu Listyev görmədi”, deyərək zarafatından qalmayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 18259
avatar

Oxşar yazılar