Burak Özçivitə  1 milyon dollar   verdiyi iddia edilən modelden  AÇIQLAMA
13 fevral 2025 18:56 (UTC +04:00)

Burak Özçivitə 1 milyon dollar verdiyi iddia edilən modelden AÇIQLAMA

Məşhur aktyor Burak Özçivitin Qətərdə bir pərəstişkarı ilə foto çəkdirmək üçün 1 milyon dollar aldığı iddia edilirdi. Lakin bu iddianı foto çəkdirən model Aynura Daudova təkzib edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Daudova sosial media hesabında paylaşım edərək bu məlumatın saxta olduğunu bildirib. Özçivit isə iddialarla bağlı hər hansı bir açıqlama verməyib.

Ərəb ölkələrində çox populyar olan Burak Özçivit bir tədbir üçün Qətərə səfər edib. İddiaya görə, bir pərəstişkarı ilə foto çəkdirmək üçün 1 milyon dollar  məbləğində pul alıb. Həmin şəxs model Aynura Daudova olub.

Aynura Daudova sosial mediada bu iddiaya cavab olaraq, "saxta məlumatdır" şərhini yazıb. Bundan əlavə, model Burak Özçivitlə çəkilən fotosundan sonra hesabında müşahidə edilən aktivliyi də izləyiciləri ilə paylaşıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 837

Oxşar yazılar