Türkiyədə tanınmış simalarla bağlı aparılan narkotik istintaqında saxlanılan müğənnilərin ekspertiza nəticələri açıqlanıb.
Lent.az yerli KİV-ə istinadla xəbər verir ki, istintaq çərçivəsində narkotik testindən keçirilən 10 şübhəlinin nəticələrinin müsbət çıxdığı bəlli olub.
Onlar Akın Altan, Asude Mercan, Ayşenur Balcı, Buğra Balkaya, Büşra Tatar, Cenk Çöteli, Emre Avar, Hilal Zeynep Hedbe, Orhan Yıldız və Şefik Ömer Dolmandır.
Bundan əlavə, müğənni İlyas Yalçıntaşın da nümunələrində marixuananın təsiredici maddəsi olan THC aşkar edilib. Yalçıntaş evində keçirilən axtarış zamanı tapılan həssas tərəzini idman pəhrizi üçün istifadə etdiyini, bankalarda olan maddənin isə anasının kənddən göndərdiyi kəklikotu olduğunu bildirmişdi. Lakin laboratoriya nəticələri onun bu izahını təkzib edib.
Bununla yanaşı, saxlanıldıqdan sonra sərbəst buraxılan müğənni Sıla Gencoğlunun narkotik testinin mənfi nəticə verdiyi bildirilib. Bu səbəbdən onun barəsində əlavə ittiham irəli sürülməyib.