Bu fotosu ilə pərəstişkarlarını  təəccübləndirdi
13 noyabr 2023 19:58 (UTC +04:00)

Bu fotosu ilə pərəstişkarlarını təəccübləndirdi

Amerikalı televiziya ulduzu Kim Kardaşyan özünün “Skims” brendi üçün açıq-saçıq obrazda çəkilib və pərəstişkarlarını təəccübləndirib. 

Lent.az-ın xarici mətbuata istinadla xəbərinə görə, müvafiq paylaşım və şərhlər onun “Instagram” səhifəsində yer alıb.

Fotolardan birində 43 yaşlı sahibkar ağ ipək şortda çılpaq sinəsini buz konki ayaqqabısı ilə örtərək poza verir. Eyni zamanda vizajistlər ona mavi tonlarda makiyaj ediblər, stilistlər isə ona sarışın parik taxıblar.

Bundan əlavə, Kardaşyan qırmızı dar kombinezonda, həmçinin qısa şalvarda və hündür çəkmələrdə rol alıb. Uzun ağ şərf onun görünüşünü tamamlayır.

Pərəstişkarları paylaşımın altındakı şərhlərdə fotosessiyanı yüksək qiymətləndiriblər. "Bu çəkilişin konsepsiyası çox gözəl və yaxşı hazırlanmışdır", "1990-cı illərdə kitabxanada vərəqlədiyim vintage jurnallara bənzəyir. Böyük nostalji”, “Çox gülməli və əyləncəlidir”, “Brilliant fotosessiya”, “Marketinq ikonu” deyiblər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5040
avatar

Oxşar yazılar