Əməkdar artist Vasif Məhərrəmli həmkarı müğənni Manaf Ağayev barədə danışıb.
Lent.az-ın məlumatına görə, "Günün sədası" verilişinə telefonla bağlanaraq həmkarının onunla bağlı dediklərinə cavab verib:
"Manaf Ağayevin hər vəziyyətində çalışmışam yanında olum. Manaf dostumdur. Ürəyi uşaq ürəyi kimidir, baxanda çox pafosla danışır. Bir anlıq bir söz deyib, sonra peşmançılığını çəkir. Hər halıyla mənim dostumdur. Məndən küsə bilər, amma qardaş arasında, ailədə küsülülük ola bilər. Əsas odur ki, barışmağa işıq yeri olsun. Maddi və mənəvi hər zaman Manafın yanında olmuşam".
Verilişdə yer alan Manaf Ağayev "Sən mənim qardaşımsan" sözlərini deyib.
Qeyd edək ki, Manaf Vasifin ünvanına "Güvəndiyim dağlar sənə də qar yağdı" sözünü deyib. Daha sonra onlar sosial şəbəkədə bir-birini izləmədən çıxarıb.