“The Woman In Me” kitabını nəşr etməyə hazırlaşan Britni Spirs və Sem Əsgəri 14 aylıq evlilikdən sonra ayrılmaq qərarı alıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, beş ilə yaxın eşq yaşayan cütlük ötən ilin iyununda müğənninin Kaliforniyadakı evində möhtəşəm mərasimlə evlənib.
Məlumata görə, Sem Əsgəri həyat yoldaşının ona xəyanət etməsi ilə bağlı şayiələrdən sonra 41 yaşlı müğənnidən boşanmaq üçün məhkəməyə müraciət edib. Britni isə bu iddiaları rədd edib.
Britni Spirsin evlilik müqaviləsi bağladığı və bununla da var-dövlətini qoruduğu deyilir. Müğənninin ayrılma qərarından sonra Hollivudun ən yaxşı hüquqşünaslarından ibarət komanda ilə işləməyə başladığı öyrənilib.