Dünyaca məşhur aktyor Bredli Kuper roluna görə tanınmaz hala düşüb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, amerikalı Leonard Bernşteynin həyatından bəhs edən “Maestro” filmində məşhur bəstəkarı canlandıran Bredli Kuperi tanıya bilməyiblər.
Kuperin bəstəkarın 70 yaşındakı durumuna çevrilməsi üçün olunan makyaja beş saatdan çox vaxt sərf olunub.