Boyları 1.52 metrdən az olan  7 məşhur – SİYAHI
19 avqust 2026 14:33 (UTC +04:00)

Boyları 1.52 metrdən az olan 7 məşhur – SİYAHI

0

Ekranda məşhurların boyunu müəyyən etmək heç də həmişə asan deyil. Kamera bucağı, ayaqqabı və geyim amili ulduzları olduğundan daha hündür göstərə bilir.

Lent.az xəbər verir ki, “People” nəşri boyu 152 santimetrdən az olan məşhurların siyahısını hazırlayıb.

Onların bir çoxu kiçik boylarını kompleksə çevirmək əvəzinə, bu xüsusiyyətləri ilə zarafat edir.

Denni Devito – 1.47 sm

Hollivudun məşhur aktyorlarından Denni Devitonun boyu təxminən 1.47 santimetrdir.

Aktyor etiraf edib ki, gənclik illərində boyunun qısa olması onda müəyyən narahatlıq yaradırdı. Lakin zaman keçdikcə bununla barışdığını və diqqəti yumoru, xarakteri və istedadı ilə cəlb etməyi öyrəndiyini bildirib.

Дэнни ДеВито / © Associated Press

Kristin Çenovet – 1.50 sm

“Tony” mükafatı laureatı Kristin Çenovetin boyu təxminən 1.50 santimetrdir.

Aktrisa bu xüsusiyyəti ilə tez-tez zarafat edir. O bildirib ki, izdiham arasında asanlıqla gözdən itə bilir. Çenovet hətta bəzən uşaq şöbəsindən geyim ala bildiyini və bunun daha ucuz başa gəldiyini də zarafatla söyləyib.

Кристин Ченовет / © Associated Press

Cada Pinkett-Smit – 1.50 sm

Cada Pinkett-Smitin boyu da təxminən 1.50 santimetrdir.

Aktrisa hündürdaban ayaqqabı geyindikdə boyunun təxminən 157 santimetrə çatdığını deyib. Bununla belə, o, əsas məsələnin insanın özünü necə hiss etməsi olduğunu vurğulayıb.

Джада Пинкетт Смит / © Associated Press

Melissa Rauç – 1.50 sm

“The Big Bang Theory” serialındakı Bernadett obrazı ilə tanınan Melissa Rauçun boyu təxminən 150 santimetrdir.

Aktrisa bir televiziya proqramında kresloda rahat otura bilməsi üçün onun altına əlavə yastıqlar qoyulduğunu zarafatla danışıb.

Мелисса Ройч / © Associated Press

Nikol Politsi – 1.45

“Jersey Shore” realiti-şousunun ulduzu Nikol Politsinin boyu təxminən 1.45 santimetr göstərilir.

O, özü də boyunun dəqiq neçə santimetr olduğunu bilmədiyini zarafatla deyir. Onun sözlərinə görə, qısa boyu küçədə insanların onu daha tez tanımasına belə kömək edir.

Николь «Снуки» Полицци / © Associated Press

Adrien Beylon-Hauton – 1.50 metr

Müğənni və aktrisa Adrien Beylon-Hautonun boyu təxminən 150 santimetrdir.

O, qısa boyunun modaya marağına heç vaxt mane olmadığını bildirib. Əksinə, fərqli bədən quruluşuna uyğun obrazlar yaratmağı maraqlı hesab etdiyini deyib.

Адриенн Бейлон-Гаутон / © Associated Press

Ceki Uiver – 1.50 sm

İki dəfə “Oskar” mükafatına namizəd göstərilən avstraliyalı aktrisa Ceki Uiverin boyu da təxminən 1.50 santimetrdir.

Aktrisa 2 yaşında ona hədiyyə olunan kiçik stulu bu günə qədər evində saxladığını deyib. Maraqlısı isə odur ki, 75 ildən çox vaxt keçməsinə baxmayaraq, Uiver həmin stulda hələ də rahat otura bildiyini bildirib.

Джеки Уивер / © Associated Press

Bu məşhurların nümunəsi göstərir ki, boy insanın uğurunu və ya səhnədə yaratdığı təsiri müəyyənləşdirmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 250

Oxşar yazılar