Tanınmış müğənni Günel Zeynalova diqqətçəkən fotolar paylaşıb.
Lent.az xəbər verir ki, 37 yaşını qeyd edən ifaçı "Instagram" hesabında bu haqda paylaşım edərək özünü təbrik edib:
"Yaxşı ki, atam Rəhman, anam Zöhrə, bacım Müşərrəf, qardaşım Tunardır. Böyük ailəm, yaxşı ki, varımsınız və siz - sevənlərim, sevdiklərim, dinləyicilərim… Sizi sevirəm, yaxşı ki, doğuldum.
37 yaş? Yox, ruhum gəncdir mənim. Mənə hələ də 17! Ad günüm mübarək, ailəmlə, sevənlərimlə həmişə bərabər və səhnədə!".