Ancelina Coli Bred Pittlə boşanma ərəfəsində xəstəliyə tutulduğunu deyib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, həmin ərəfədə ciddi stress keçirib.
“Bədənim stressə güclü reaksiya verir. Qan şəkərim çox sürətlə qalxıb enirdi. Boşanma ərəfəsində üzüm də Bell iflici yaşandı. Bu o deməkdir ki, üzümün bir tərəfində əzələlər öz fəaliyyətini itirdi” - deyən aktrisa boşanmalarının əsas səbəbinin nə olduğunu demək istəməyib.
“Elə şeylər var ki, bizə ağır travmalar verib, sağalmalıyıq” - o qeyd edib.
Ancelina Coli böyük uğur qazanmış “Malefisenta” filminin üçüncü hissəsinin çəkiləcəyini də bildirib.
Qeyd edək ki, Ancelina və Bred 8 illik sevgi romanından sonra 2014-cü ildə evlənib, 2016-cı ildə boşanıblar. Buna səbəb onların şəxsi təyyarələri ilə səfər zamanı Pittin sərxoş vəziyyətdə böyük oğlu Meddoksu vurması olmuşdu.
Ancelina ilə Bredin 3 bioloji övladı, 3 övladlığı var.