“Ulduz fabriki” layihəsinin məzunu, teleaparıcı və müğənni İrina Ortman SSRİ xalq artisti Alla Puqaçovanı “yaxşı restoran müğənnisi” adlandırıb.
Lent.az-ın Rusiya mediasına istinadən xəbərinə görə, Ortman bildirib ki, o, heç vaxt Puqaçovanı mükəmməl vokalist hesab etməyib.
“İndi həmkarlarım mənə pomidor atsınlar. Alla Puqaçova insanlara yaxın olan hekayələri maraqlı şəkildə çatdıran yaxşı restoran müğənnisidir” – o bildirib.