Azərbaycanlı aktyorlar nişanlandı - FOTO - VİDEO
25 dekabr 2019 12:33 (UTC +04:00)

Azərbaycanlı aktyorlar nişanlandı - FOTO - VİDEO

Bir müddət öncə “hə” mərasimi gerçəkləşən aktrisa Asya Atakişiyeva və aktyor Əmrah Dadaşov nişanlarını təmtəraqlı şəkildə qeyd ediblər.

Onların nişanı ötən gün şəhər restoranlarının birində baş tutub.

Gecədən fotolar və videolar sosial şəbəkədə paylaşılıb.

Qeyd edək ki, A.Atakişiyeva Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında çalışır. İndiyədək “Həyat sən nə qəribəsən”, “Qayınana”, “Ata ocağı” kimi seriallarda rol alıb. Ə.Dadaşov isə Akademik Musiqili Teatrın aktyorudur. İndiyədək obrazlarına görə, müxtəlif mükafatların sahibi olub.

 

(Axşam.az)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6765

Oxşar yazılar