Braziliyalı supermodel, "Victoria's Secret"in keçmiş mələklərindən olan Alessandra Ambrosio İbizada dənizdə çimərkən paparassilərin obyektivinə tuş gəlib.
Lent.az xəbər veri ki, bu barədə "Daily Mail" xəbər yayıb.
Keçmiş Victoria's Secret mələyi qırmızı bikinidə bədənini nümayiş etdirdi.
Təsviri boyundakı qızıl zəncirlər, saatlar və bilərziklər tamamlayırdı.
Alessandra Ambrosio supermodel karyerasını Amerikanın alt geyim brendi "Victoria's Secret" ilə əməkdaşlığı sayəsində etdi.
Bu gün keçmiş "Victoria's Secret" mələyi "Next", "Armani Exchange", "Christian Dior" və "Ralph Lauren" kimi brendlərin simasıdır.