İstanbulda keçirilən əməliyyatda "Heijan" kimi tanınan D.T., S.İ. və CAC olaraq adlandırılan Ş.T. repçilər saxlanılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, "Muti" kimi tanınan digər reper M.N.D-nin də haqqında həbs qərarı verilib. Onların mahnılarında eləcə də duetlərinin kliplərində işlətdikləri sözlərə və istifadə etdikləri silahlara görə saxlanıldıqları qeyd edilib.
Məlumata görə, Türkiyədə rep musiqisi yaradan və onlayn video platformalarda kütləyə müraciət edən “Heijan” kimi tanınan reper D.T., CAC olaraq adlandırılan Ş.T. və "Muti" kimi tanınan reper M.N.D. barəsində həbs qətimkan tədbiri seçilib.
S.T. bu gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi qruplarının təşkil etdiyi əməliyyatda yaxalanıb. Bildirilir ki, “Muti” təxəllüsü ilə tanınan reper M.N.D.-ni qeyd olunan ünvanda tapmaq mümkün olmayıb.
İstanbul Polis İdarəsi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi qrupları tərəfindən aparılan araşdırmalarda bu şəxslərin sosial media və musiqi sektorunda bəzi qazanc məqsədli cinayət şəbəkələri üçün təşkilat adına rep mahnıları hazırladığı və bu mahnıların tez-tez paylaşıldığı ortaya çıxıb.
Əməliyyat çərçivəsində tutulan D.T., S.İ. və S.T. Adları çəkilən şəxslər polis bölməsinə aparılmaq üçün polis bölməsinə aparılarkən, “Muti” təxəllüsü ilə tanınan reper M.N.D.-nin tutulması istiqamətində axtarışların davam etdiyi bildirilib.