20 kilo arıqlayan aktrisanın son halı  hamını TƏƏCCÜBLƏNDİRDİ
01 iyul 2026 17:37 (UTC +04:00)

20 kilo arıqlayan aktrisanın son halı hamını TƏƏCCÜBLƏNDİRDİ

0

Türkiyəli məşhur aktrisa Bergüzar Korel ardıcıl hamiləliklərdən sonra verdiyi 20 kilo ilə diqqət çəkməyə davam edir.

Lent.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, sosial şəbəkələrdə aktiv olan Bergüzar Korel son paylaşımında mavi mayo ilə kamera qarşısına keçib. Onun fit görünüşünü əks etdirən fotolar qısa zamanda minlərlə bəyənmə və şərh toplayıb.

Aktrisa vizajistinə zarafatla müraciət etdiyi qeydi də izləyiciləri ilə bölüşüb.

"Hido: Bergüzar xanım, zəhmət olmasa düz dayanın. Bir az daha soyuqqanlı görünək. O sevdiyim baxışı edə bilərsinizmi? Bergüzar xanım, bir az dayanın..."

Aktrisa daha əvvəl arıqlamaq üçün iynə istifadə etdiyi barədə yayılan iddiaları təkzib edib, artıq çəkidən sağlam qidalanma və müntəzəm idman sayəsində xilas olduğunu bildirmişdi. 

2009-cu ildə aktyor Halit Ergenç ilə ailə quran Korel 2010-cu ildə Əli, 2020-ci ildə Han, 2021-ci ildə isə Leyla adlı övladlarını dünyaya gətirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 380

Oxşar yazılar