Divara murdarladıqları üçün cərimələnən "pis" oğlanlar şöhrətin zirvəsinə qalxdılar –
İyirmi üçüncü söhbət
Ötən söhbətlərimizdə oxuculara liverpullu oğlanlardan ibarət “Bitlz” qrupunun sənət yollarında ilk addımlarından söz açmışdıq, onların cəmi bircə ildə nəyə nail olduqlarını xatırlamışdıq. Musiqi ictimaiyyətinin, melomanların məhəbbətini qısa zamanda qazanmağa müvəffəq olan bu qrup səhnədə hələ ilk qələbələrini qazanırdı, amma artıq şöhrətin lap zirvəsindəydi və görünür, yaxın illərdə bu oğlanların musiqi Olimpindəki yerini dar edən olmayacaqdı. "Biitlz" indi təkcə yeniyetmələrin sevimlisi deyildi, ona həm də gənclər, orta yaş həddində olan insanlar qulaq asırdılar...
Onların Pop musiqidəki nailiyyətlərindən söz açarkən, bir vacib məsələni də qeyd etmək gərəkdir. "Biitlz" qrupundakı dörd suyuşirin oğlan gülər üzləri, səliqəli geyimləriylə "yaxşı" və "pis" pop-ulduzlar arasında sərhəd xəttini dəqiq çəkdi...
Maraqlıdır ki, elə həmin 1963-cü ildə daha bir Britaniya qrupu diqqət cəlb etdi. Əgər "Biitlz"dakı oğlanlar "yaxşı" pop-ulduzlardan sayılırdılarsa, indi haqqında söhbət açacağımız qrupun üzvləri həmin o "pis" pop-ulduzlardan idilər. Amma məhz elə bu cəhətləri onlara böyük şöhrət gətirdi.
"Rolling Stones" - murdarçılıqdan şöhrətə
Ötən söhbətimizdə "Biitlz"ın Palladiumdakı konsertinin doğurduğu təəssüratdan söz açmışdıq. Yadınızdadırsa, onda bütün musiqi ictimaiyyəti bu istedadlı oğlanlara valehliyini gizlətmək fikrində deyildilər...
1967-ci ildə, elə həmin Palladiumda "Rolling Stones"in ("Rollinq Stounz") konserti oldu, amma təəssürat tamam fərqli idi. Çoxdan bərqərar olmuş ənənəyə əsasən, bu şounun finalında bütün iştirakçılar qədim karuselə minib cürbəcür hərəkətlərlə, mimika ilə diqqət cəlb edərək əylənirdilər və bütün bu mənzərə televiziya kameralarının önündə baş verirdi. "Biitlz" öz konsertindən sonra bu ənənəyə sadiq qalaraq həmin karuselə minmiş, kameralar qarşısında təşkilatçıların ürəyi istəyən qədər poz vermişdilər.
Bəs Rollinq Stounz nə etdi?
Gəlin "Daily Mirror" qəzetinin 1967-ci il, yanvarın 23-də yazdıqlarına diqqət yetirək: "Dünən axşam London Palladiumunda görünməmiş qalmaqal baş verdi: "Rolling Stones" bazar günü tele-şousundan sonra ənənəni pozaraq karuseldə poz verməkdən imtina etdi. Qalmaqal şoudan 2 saat əvvəl, məşqlər zamanı başlandı. "Onlar şəxsən məni, hamını təhqir edirlər" - deyə, şounun direktoru Albert Lokk qışqırırdı. Qrupun solisti Miq Caqqer isə şoudan sonra belə dedi: "Nədir, yoxsa karusel məbəd-zaddı? Sarsaq bir şeydir də... İstəmədik, vəssalam!"
Miq Caqqer, yoxsa Makkartni
İndi siz hər cür ənənələrə sadiq, mühafizəkar ingilisləri təsəvvürünüzdə canlandırın və görün ki, belə bir hərəkətə yol verən musiqiçilər populyar ola bilərdilər? Miq Caqqer kimi qaraqabaq adam populyarlıqda sevimli Pol Makkartniylə yarışa girə bilərdi? İlk baxışdan adama elə gəlir ki, Rollinq Stounzun saymazyana münasibəti onların musiqiçi karyerasına elə başlanğıcdaca son qoymalıydı...
Amma elə olmadı. Yaşlıları əsəbiləşdirən, hakimiyyət dairələrini təhqir edən, bütün dayanıqlı, sabit ənənələrə tüpürən Rollinq Stounz öz istəyinə məhz seçdiyi yolla çataraq, şöhrət zirvəsinə yüksəldi və neçə illər dalbadal "Biitlz"ın şöhrəti yalnız Rollinq Stounzun populyarlığıyla müqayisə olundu...
Bəli, şou biznes aləmində o dövrdə həqiqətən ağlasığmaz şeylər baş verirdi...
Qartalın ikinci başı
Beləliklə, 60-cı illər pop-musiqisi ikibaşlı qartala bənzəyirdi və bu başlardan biri "Biitlz" idisə, ikincisi yüz faiz Rollinq Stounzdu. Onların bu mərtəbəyə yüksəlməsində heç şübhəsiz, mətbuatın rolu danılmazdır. Qəzetlərin özünəməxsus siyasətinə illüstrasiya olaraq, eyni mətbu orqanda - İngiltərənin ən çoxtirajlı qəzeti "Daily Mirror"da çıxmış iki yazını müqayisə edək. Mühafizəkar mövqeyiylə seçilən "Daily Telegraph" bitlomaniyanı qəzəblə damğalayanda Mirror uzunsaç oğlanların müdafiəsinə qalxmışdı: "Gərək küt və son dərəcə köhnəfikirli adam olasan ki, bu dəliqanlı, səs-küylü, şən və gözəl Biitlları sevməyəsən".
Bir il sonra, 1964-cü ilin avqustunda isə Rollinq Stounzdan danışanda elə həmin Mirror özü küt və köhnəfikirli bir adam kimi danışır: "Britaniyanın bütün valideynləri bu qıllı oğlanlara bəslədikləri nifrətlərində yekdildir - onlar bütün vücudlarıyla böyüklərə qarşı qiyamın təcəssümüdürlər...”
Birinci və sonuncu rəng
Stounz və Biitlz spektrdəki ilk və son rəng idi. Mətbuat isə bir tərəfdən Bittlzın yanlışlıqlarını ört-basdır edirdisə, digər tərəfdən Stounzun bəlli normalardan kənara çıxan hərəkətlərini şişirdirdi. Mətbuat onları qarşı-qarşıya qoymağa çalışırdı. Çünki jurnalist stereotiplərinə görə bu dərəcədə fərqli insanlar mütləq düşmən olmalıydılar...
Amma əsl həqiqət az sonra meydana çıxdı və mətbuat nümayəndələrini şoka salan da elə həmin həqiqət oldu.
Həqiqət isə bundan ibarət idi: Bu iki qrupun üzvləri əsl dost idilər və Stounz səhnəyə lap təzəcə çıxanda, Biitlz qrupu dəyərli mahnı sarıdan kasadlıq çəkən dostlarına əl uzadaraq ən uğurlu mahnılarından birini - "I Wanna Be Your Man"i ("Mən sənin kişin olmaq istəyirəm") onlara təmənnasız vermişdi...
Məhz bu həqiqət açılandan sonra üzü üzlər görmüş ingilis mətbuatı cavan oğlanların əlində bir alətə çevrildiyindən duyuq düşmüşdü. Amma artıq gec idi. Mətbuat musiqiyə yeni nəfəs gətirən bu oğlanların dəyirmanına o ki var, su töküb, onları məşhurlaşdırmışdı.
Satqınların hədiyyəsi
Bu iki qrup arasında lap başlanğıcdan ciddi üslub fərqi vardı. Əgər Biitlz ilhamını rok-n-rolldan və "sığallı" zənci musiqisindən alırdısa, Stounz daha çox ilkin ənənələrə - blüz və ritm-ənd-blüzə söykənirdi.
Yaradıcılıq yollarının başlanğıcında hər iki qrup təxminən eyni cığırlardan keçmiş, öz fanatları qarşısında kiçik klublarda oxuya-oxuya pərəstişkarlarının sayını artırmışdı. Lakin Biitlz daha əvvəl başlamış, vəziyyətə daha tez uyğunlaşmışdı. Onlar çətinliklə də olsa, hər halda kompromisə gedirdilər - musiqidə olmasa da, ən azından geyimdə. Özlərini narahat hiss etsələr də, xoşa gəlmək üçün son dəbli kostyumlar geyirdilər. Con Lennon deyirdi: "Biz bu təmiz kostyumları geydiyimizə görə çox utanırdıq, Qorxurduq ki, dostlarımız bizi satqın hesab etsinlər. Amma bu əslində elə idi..."
İmic axtarışlarında
Stounzun meneceri Endrü Oldhem oğlanlara ilk televiziya çıxışları üçün təmiz, səliqəli kostyumlar geyinmək təklif edəndə qəti etirazla qarşılaşdı. Onlar özlərini eyni kostyumda heç cür təsəvvür etmək istəmirdilər. Oldhem isə əl çəkmək istəmirdi: "Güzəştə getmək lazımdır. Televiziyada sizin kimilərə adət etməyiblər. Əgər siz klubda səhnəyə çıxdığınız paltarları televiziyaya geysəniz, heç içəri buraxmazlar"...
Menecerin arqumentləri uzun çək-çevirdən sonra üstün gəldi. Amma heç bunun da faydası olmadı. Qəzetlərdə bir yeniyetmə tamaşaçının məktubu dərc olundu: "Mən televizora çoxdan baxıram, amma Rollinq Stounz qədər murdar bir şey hələ görməmişdim..."
Evrika
Deyirlər ki, məhz bu məktub Oldhemi Stounzun səhnə imicini dəyişmək fikrindən daşındırır, menecer həmin gündən etibarən onların obrazına daha çox pis çalarlar vurmağa həvəsləndirir. Xeyli sonra reportyorlardan biri menecerdən soruşanda ki, Stounz hansı cəhətiylə onu cəlb edib, Oldhem belə cavab verəcək: "Musiqisi. Bir də seksuallıqları. Publikanın qısa müddətdən sonra Bittlzdan doyaraq, nəsə başqa bir şey tələb edəcəyinə ümid. Mən hiss edirdim ki, publikanın bəlli bir qismi Biitlzın antipodunun həsrətindədir. Belə antipod da həqiqi Stounz idi... Həmin illərdə mass-media publikaya bir həqiqəti təlqin edirdi: Biitlzı evinizə dəvət edə bilərsiniz, amma Stounzu olmaz".
Bax, həmin bu postulata söykənən Oldhem öz əl-altılarının köməyiylə oğlanları cəmiyyətə mənfi bir fərd kimi tanıtmaq üçün dəridən-qabıqdan çıxırdı. Təsəvvür edin ki, Stounz qrupu cəmiyyətin qaydalarına saymazyana münasibətini göstərmək üçün nələr etmədi... Miq Caqqer, Bill Uaymen və Brayan Cons sıradan olmayan, təhrikçi və qeyri-etik hərəkətlərinə, sadə dillə, daha dəqiq desək, benzindoldurma məntəqəsində camaatın gözü qabağında divara işədiklərinə görə hətta məhkəməyə cəlb edilərək cərimələnmişdilər...
Şahanə hədiyyə
Biitlz 1963-cü il ərzində günbəgün daha uca zirvələrə qalxdıqca, Stounz tamaşaçıların diqqətini öz musiqisiylə, Miq Caqqerin sarsıdıcı səhnə obrazı ilə deyil, az qala "neandertal" görkəmləri, sırtıq hərəkətləriylə yadda qalırdı. Onların ilk mahnısı Çak Berrinin az tanınan, amma gözəl "Come On" ("Gəl!") sinqlı idi. Amma ikinci mahnını tapa bilmirdilər. Məsələ bunda idi ki, qrup elə bir şry yaratmalıydı ki, "İyirmiliyə" düşüb yadda qalsın. Repertuarlarında buna imkan verən bir şey yox idi. Məhz onda Biitlzın hədiyyəsi lap yerinə düşmüşdü. Amma Miq Caqqer dilini yenə də dinc qoymur və deyirdi ki, bu böyük hədiyyəyə baxmayaraq, onlar Bittlz kimi satılıb aristokratlar qarşısında oyunbazlıq etmək fikrində deyillər".
"Mən sənin kişin olmaq istəyirəm" mahnısını Biitlzın albomunda Rinqo Star oxuyurdu və əslində öz üslubuna görə artıq kompromis idi. Demək lazımdır ki, mahnı uğurlu alındı və "Top İyirmi"yə düşdü. Stounz isə özünün uzun, ziddiyyətli, bəzən hətta faciəvi, amma daim maraqlı sənət yoluna qədəm qoydu. Bu "pis" oğlanlar ulduza çevrildilər, şöhrətin ən uca zirvəsinə qalxdılar...
Yekəağız, vəhşi ulduz
1964-cü ilin fevralında Stounzun üçüncü mahnısı çıxdı və oğlanlar "ulduz" statuslarını həmişəlik qazandılar. Tamaşaçını musiqidən çox Caqqerin qeyri-adi səhnə obrazı cəlb edirdi: bənzərsiz hərəkətlər, aşkar seksuallıq yağan pozalar... Bu, çoxlarını əsəbiləşdirirdi, amma kütlənin əsas hissəsi onların heyranına çevrilmişdi. Bu reaksiyanı qətiyyən gözləməyən mətbuat isə Caqqerin ünvanına olmazın hədyanlar yağdırırdı. Adama elə gəlirdi ki, bütün İngiltərə Stounz əleyhinə səlib yürüşünə hazırdır.
60-cı illərin pop-hadisələrini diqqətlə izləyən jurnalistlərdən biri - Morin Kliv Miq Caqqerdən bəhs edərkən yazırdı: "Onun vəhşi xarici görünüşü, yekə ağzı, arıq yançaqları, qız sifətini andıran, karikatura obrazlarını xatırladan balaca üzü insanlara fərqli təsir göstərirdi. O adamayovuşmaz, sırtıq idi və kimsə bu oğlan haqda bir şey bilmirdi. O isə danışmır, hamıya imkan verirdi ki, onun barəsində öz nəzəriyyəsini yürütsün".
Pis oğlanlar da istilaya hazırdır
Qrupun imici aydın idi: eybəcərlik, aqressivlik, qaraqabaqlıq. Tinecerlərə xoş gələn də elə bu idi...
Stounz Biitlzdan bir cəhətiylə geri qalırdı - onlar öz mahnılarını ifa etmirdi. Lakin 1965-ci ildə Miq Caqqerlə Kits Riçard vəziyyəti düzəltdilər. Onların ilk və sonrakı kompozisiyaları Rollinq Stounzu rok avtoritetlərinin ilk cərgəsinə çıxardı və "pis" oğlanlar populyarlıqda Biitlzdan sonra ikinci yerə çıxdılar...
Pop-un "İkibaşlı qartalı" artıq Amerikanın başında çatlayacaq "ingilis istilası" dövrünə tam hazır idi. Əvvəlcə Amerika, sonra isə qalan dünya...
Britaniya pop musiqisi yer üzündə zəfərli yürüşünə başladı...
P.S
Gələn söhbətimizdə sizə bu "istila"dan mütləq danışacağam. Amma elə bilməyin ki, qartalın birinci başını - Biitlzı unutmuşuq. Qətiyyən elə deyil. Bittlz haqda söhbətlərimiz hələ qabaqdadır. Lakin məsələ bundadır ki, yer üzündə Biitlz qrupunun üzvləri qədər barəsində araşdırma aparılmış, yazılar yazılmış adam yəqin ki, yoxdur. Əlimizdə bir dərya material var və bu dəryadan baş çıxarmaq üçün gərək yaxşı qəvvas olasan...
Rollinq Stounz haqda əslində növbədənkənar söhbətimiz bir tərəfdən vaxt qazanmaq üçündürsə, digər tərəfdən də "qartalın birinci başı" haqda oçerklərimizin tükənməzliyindən qorxdum və fikirləşdim ki, Stounzun adı sizin üçün canlandırdığım rok tarixində Biitlzdan çox aralı düşsə, böyük günah işləmiş olaram...

1137