“Eurovision-2011”də ikinci yarımfinalın da qalibləri bilindi - SİYAHI
Lent.az-ın məlumatına görə, musiqi, işıq effektləri inanılmaz şounun açılışını edən teleaparıcılar bildiriblər ki, mahnı oxunduğu vaxtdan etibarən tamaşaçılar səs verə bilərlər.
Səhnəyə birinci çıxan 49 yaşlı Bosniya və Herseqovinalı müğənni Dino Merlin “Love In Rewind” mahnısını oxuyub, tamaşaçılar müğənnini alqışlarla müşayiət edib.
2007-ci ildən bu ilədək müsabiqədə iştirakdan imtina edən Avstriya Düsseldorf səhnəsinə 20 yaşlı Nadin Beylerlə çıxıb. “The Secret Is Love” - bu müğənninin oxuduğu mahnının adı idi. Gənc müğənni super vokal nümayiş etdirib.
Almaniyaya öz şəxsi gəmisi ilə gəlib elə orada yaşayan Hollandiya triosu 3JS səhnədə 3-cü sırada çıxış edib. Üçlük “Never Alone” adlı romantik mahnı ifa edib.
Belçikanın Witloof Bay qrupu Hollandiyadan sonra “With Love Baby” mahnısı ilə çıxış edib.
Ardınca Slovakiyakiyalı əkiz bacılar –Twiins piano və bass-gitar müşayiəti ilə “Im Still Alive” mahnısını duet şəklində oxuyublar.
Promo-tur çərçivəsində Bakının qonağı olan ukraynalı Mika Nyuton gözəlliyi və ifası ilə tamaşaçıları valeh edib. Ukraynanın məşhur rəssamı ilə səhnə bölüşən müğənni “Angel”
mahnısı ilə orijinal şou nümayiş etdirib.
Artıq bir dəfə “Eurovision-2005” mahnı müsabiqəsində çıxış edən təcrübəli Moldova musiqiçiləri Zdob si Zdub qrupu “So Lucky” mahnısı ilə performans nümayiş etdiriblər. Yeri gəlmişkən, onlar da promo-tur çərçivəsində Bakıda olublar.
İsveçli Grik Saadın oxuduğu “Popular” mahnısı da diqqətə layiq idi.
Kiprli Kristos Milordos isə rusca oxudu - “Ya lyubil tebya, kak angela”.
Dünya şöhrətli Beyonsu ifası ilə ağladan Bolqarıstan Polli Jenova Azərbaycan dilində tərcümədə “İnadkar” adlanan mahnısı ilə inanılmaz rəğbət qazanıb.
Makedoniyalı Vlatko İlievski isə maraqlı mövzuya müraciət edib, “Rusinka” adlı mahnısında o, rus qızına səslənib.
Açıq-saçıq davranışları ilə diqqəti cəlb edən İsrail müğənnisi Dana International “Ding Dong” mahnısını vokalistlərlə birlikdə səsləndirib.
Sonuncu dəfə 2008-ci ildə uğurlu çıxış nümayiş etdirən Sloveniya bu il Maye Keuç adlı iddialı müğənni ilə mübarizəyə qoşulub. Bukmeykerlər onun oxuduğu “No One” mahnısını ilk beşlikdə görürlər.
Rumıniya Hotel FM qrupu isə “Change” adlı mahnı ilə tempi sürətləndiriblər.
Diqqəti çəkən məqamlardan biri də ölkələrin səhnə şousuna az diqqət yetirmələri, sadə səhnə və ifa ilə kifayətlənmələri olub.
Estoniyalı Qetter Yani ifasında səhnə jestləri və mimikaları ilə ötən ilki qalib Lena Mayeri xatırladıb. “Rockefeller Street” - estoniyalı ifaçının oxuduğu mahnının adı belə idi.
Belarus Anastasiya Vinnikova çıxışında ölkəsini tərənnüm edib: “I love Belarus”.
Növbəti nömrə Latviyanın idi. Musiq – ifaçının, “Angel In Disguise” isə oxuduğu mahnının adı idi, o qədər də ürəkaçan deyildi.
Danimarkanın “A Friend In London” qrupunun oxuduğu “New Tomorrow” adlı mahnını da bu qəbildən hesab etmək olar.
İrlandiyalı duet Jedward “Lipstick” adlı mahnıları ilə final uğrunda mübarizə aparan son ifaçılar idi.
Sonda nəticələr elan olunub və Estoniya, Rumıniya, Moldova, İrlandiya, Bosniya və Herseqovina, Danimarka, Ukrayna , Sloveniya, İsveç finala vəsiqə qazanıb.
Yeri gəlmişkən, bu gün də meydanda Azərbaycan bayrağı dalğalanırdı.
Xatırladaq ki, I yarımfinalda 19 ölkə - Albaniya, Ermənistan, Finlandiya, Gürcüstan, Norveç, Polşa, Rusiya, Serbiya, İsveçrə, Türkiyə, Azərbaycan, Xorvatiya, Yunanıstan, Macarıstan, İslandiya, Litva, Malta, Portuqaliya, San-Marino final uğrunda yarışıb. 19 ölkədən cəmi 10-u mayın 14-də keçiriləcək final mərhələsində iştirak hüququ qazanıb.
Bunlar Finlandiya, Gürcüstan, Rusiya, Serbiya, İsveçrə, Azərbaycan, Yunanıstan, Macarıstan, İslandiya, Litva olub.
Malta, Portuqaliya, San-Marino, Albaniya, Ermənistan, Norveç, Polşa, Türkiyə, Xorvatiya isə müsabiqədən məğlub ayrılıb.
Səsvermə həm tamaşaçılar, həm də münsiflər tərəfindən aparılıb. Eyni zamanda bu il səsvermə həm də teleqraf əsasında keçirilib.
Qeyd edək ki, bu səsvermə sistemi müsabiqədə yenilik sayılır.
Lalə Yusifqızı

627