İlhamə Quliyeva: “O məndən çəkinir, o sözü ona görə deyir” - MÜSAHİBƏ
- Axır vaxtlar mətbuatdan çox uzaq düşmüsünüz...
- Mətbuatdan ona görə uzaq qaçıram ki, cüzi bir şeydən ötrü ünsiyyəti lazım bilmirəm. Mənim mətbuata hörmətim var. Mətbuat 4-cü hakimiyyətdir, istəsə bizi yerə də vurar, göyə də qaldırar. Amma məni vura bilmirlər, çünki mən həmişə göydəyəm! Yəni öz lazımi yerimdəyəm. Ona görə də mənə həmişə çox hörmət edirlər. Elə mediada dostlarım da çoxdur. Ancaq xırda bir şeyə görə mətbuatla danışmaq nəyə lazımdır? Konkret bir iş görəndə mətbuatla danışa bilərəm.
Bu yaxınlarda Türkiyəyə səfərim oldu. Yetərincə saytlarda işıqlandırıldı. Mən maqazin proqramlarına açıqlama vermədim. Çünki kifayət qədər haqqımda məlumat işıqlandırılır. Sağlıq olsun, hər hansı bir səfərim olar, onda mətbuata danışaram. Adi gündə... yox, istəmirəm!
- Amma səfərdən gələndən sonra yerli saytlardan şikayətlənirdiniz…
- Bəli. Mətbuat katibim informasiya verəndə “press-reliz”də yazır “Türk dünyasının sənət kraliçası, Azərbaycanın və Dağıstanın xalq artisti…” Mənim titullarım artıqlaması ilədir. Mənim üçün əhəmiyyətli deyil, saytlarda yazılsın, diqqətə çatdırılsın. Qırx beş ilin sənətkarıyam. Mənim üçün əhəmiyyətli deyil! Mən elə İlhaməyəm! Məsələ burasındadır ki, bəzi media nümayəndələrinin qısqanclığı var. Mən hələ sənət həmkarlarımdan danışmıram! Yəni mən rəsmi olaraq 2009-cu ildə “Türk dünyasının sənət kraliçası” mükafatına layiq görülmüşəm. Sertifikatı da var. Yetərincə televiziyada da göstərmişəm, nümayiş etdirmişəm. Bu, qanunidir. Bir titul ki, 30-40 il bundan əvvəl Zeki Mürenə qismət olub. Zeki Müren dünyasını dəyişəndən sonra bu titulu rəsmi olaraq mən qazanmışam. “Türk dünyasının sənət kraliçası” yazmağa qısqanırlar, yazırlar “xalq artisti”… Mənim sənətimin heyranları bilirlər ki, mən kiməm və nələri qazanmışam. Jurnalistlər bu bir kəlməni yazmamaqla nə məqsəd güdürlər?! Hərənin bir müğənni dostu var...
- Sizcə, mətbuat işçiləri arasında da parçalanma var?
- Əlbəttə, var! Müxtəlif sənətçilərin özlərinin xüsusi media nümayəndələri var. Hansılar ki, onun fəaliyyətini işıqlandırırlar. Uşaq deyiləm, canları sağ olsun! Onu yazdılar-yazmadılar, mən Türk dünyasının sənət kraliçasıyam. (Gülür).
- Bu gün də sizinlə rəqabət aparan var?
- Bilirsiniz, mən özümə eyni səviyyəli sənətçi görmürəm. Hər gülün öz ətri var. Mənim yerim ağ atın üstündədir. Şir bürcündən olanlar özlərini birinci görmək istəyirlər, bu yaxşı haldır. Hər bir insan gərək istəsin ki, birinci olsun. Əgər hər birimiz bu arzu ilə yaşasaq böyük xoşbəxtlikdir. Unudulmuram, əksinə, illər keçdikcə tələb olunuram. Bu, sənət dəvətlərindən, dövlət səviyyəli tədbirlərdə iştirakdan da görünür. Əgər mən bu yaşımda unudulmuramsa, demək rəqabət də olmalıdır.
Xoşbəxtlikdən mən aurası yaxşı olan insanam. Bunu ətrafımdakı insanlar da mənə deyirlər… Mənimlə ünsiyyətdə olanlar məndən doymurlar. Bu, həyatımda sübut olunub. Özlüyümdə də elə bilirəm ki, xeyirxah, yaxşı insanam! Bu, mənim insanlara sayğı ilə yanaşmağımdan irəli gəlir. Məndən yorulmaq, bezmək mümkün deyil!
- Necə düşünürsünüz, sahib olduqlarınızı sənətkar, yoxsa insan kimi qazanmısınız?
- Məndə daha üstün olanı insani cəhətlərimdir. Mənim kimliyimi özümdən və Allahdan başqa heç kim bilə bilməz. Rəhmətlik anama da deyirdim ki, heç sən də bilmirsən ki, İlhamə kimdir! Hərdən mənə qarşı haqsızlıq ediləndə, qısqanclığımı çəkəndə, mənə aid olmayan fikri deyəndə, deyirəm ona görə edir ki, mən gözəl, qəşəng, əla sənətkaram! Dəfələrlə yorulmadan deyirəm, mən əla sənətkaram!
- Siz harada daha çox sevilirsiniz - evdə, sənətdə, dostlar arasında?
- Mən təbiətcə çox güclü bir insanam. Super dostlarım var. Elə dostlarım var ki, bir dağdırlar, mənə dayaqdırlar. İstəyir məndən yaşca nə qədər böyük olurlar-olsunlar, ailədə məni böyük kimi qəbul edirlər. Vəzifəsindən asılı olmayaraq, dostlar məni böyük bilirlər. Sənət də ki, Allaha şükür, sənət göz qabağındadır. Mən canlı səhnə istəyirəm! Hünərləri var, gəlsinlər meydana, sübut edim ki, səhnə nədir!
Ailəmdə ata-anam həmişə məndən razı olublar. Bax, görürsünüz, indi bacılarım da yanımdadır (evdəkiləri işarə edir), münasibətlərimizə də şahidsiniz. Onlar mənimlə nəfəs alırlar. Bir kəlmə deyəndə ki, gəlirəm, hamı ayaq üstə qalxır…
Mənimlə dostluq etmək istəyənlər çoxdur. Lakin mən sizə deyim ki, hamı ilə dostluq edə bilmirəm. Yaşadıqca anlayırsan ki, dost necə olmalıdır. İllər keçdikcə insanları ələkdən keçirmişəm. Dost siması ilə qəbul etdiklərim çoxdur, “salam, sağ ol!”. Əsl dost çox ola bilməz.
- Əsl dostunuz neçə nəfərdir?
- Var. Barmaqla sayılmaqdan çoxdur.
- Onlara güvənirsiniz?
- Çox! Çox güvənirəm.
- Sizi yarı yolda qoyublar?
- Yox. Eləsi olmayıb. Mən ola bilər ki, hansısa dostum səhv etdiyi vaxt yarı yolda qoymuşam. Dost yaxşı bir şeydir. Qohumdan-əqrəbadan vacibdir. Mənim üçün dostlarımın varlığı çox böyük əhəmiyyət kəsb edir.
- Düşmənləriniz necə? Onlar da barmaqla sayıla biləcək saydadır?
- Mənim düşmənim yoxdur. Qısqanclığımı çəkənlər var, az da deyil, onları da anlayıram. Onlar da mənim oturduğum yerdə oturmaq istəyirlər. Mən bir igidin ömrünü yaşayıb gəlmişəm. O ağ atın üstünə yaşımın çoxalması, ürək ağrıları, səhhətimin dəyişməsi hesabına minmişəm.
- Həyatda ən böyük qələbəniz nədir?
- Həmişə bayrağım əlimdədir. Həmişə sevimliyəm. Handa bir qapını cəsarətlə açıb girə bilmək imkanındayam, xalqımı sevirəm, xalqım da məni çox sevir. Bu ən böyük qələbədir. Həyatım boyu qələbə çalmaq ən böyük qələbəmdir.
- Qadın kimi sevimli olmaq, yoxsa sənətçi kimi sevilmək istəyərdiniz?
- Hər ikisini də! Mən hər şeyin gözəlini sevirəm. Mən estetəm. Süfrənin də gözəlini, ev əşyasının da gözəlini sevirəm.
- Sizi nə qıcıqlandırır?
- Mən xəyanətə dözə bilmirəm. Həyat yolumda xəyanət edənləri bağışlamıram. İkiüzlülük başımın daşıdır. İnsan var ki, baxır üzümə gülür, milyard komplimentlər deyir, lakin mən bilirəm ki, o məndən çəkinir o sözü ona görə deyir.
- O adamların sizdən çəkindiyini siz də hiss edirsiniz?
- Hiss edirəm, əlbəttə! O özünü sığortalayır. Mənim gücümü bilir!
- Sizə yaltaqlananlar çoxdur...
- Hə, çoxdur.
- Sizdən qorxurlar, niyə?!
- Onlara mən barmaqarası baxıram. Qorxu məsələsi yoxdur, məncə onlar sayğı ilə yanaşırlar. Onlar bilir ki, mən sənətimdə güclüyəm. Konkret insanam, Şir bürcüyəm axı! Ailəmdə də, dostlarım da məsləhətimlə oturub dururlar. Qorxmaq deyil, bu…
- Misal üçün, elə gənc müğənnilər var ki, sizə simpatiya nümayiş etdirirlər, nüfuzunuzdan istifadə etmək istəyirlər. Siz o yaxınlığı etmədikcə dərhal istiqaməti dəyişirlər... Belə hallar da olur…
- Bilirəm. Düzgün müşahidədir. Onlar mənim üçün yoxdurlar. Əgər mən o insanları yaxın buraxmamışamsa, deməli hansı yuvanın quşu olduqlarını bilmişəm. Elələri də var ki, tam əksinə, guya başqa sənət adamlarının yaxşı dostlarıdır, lakin bütün bayramlarda mənə telefon açıb, təbrik mesajları yazırlar. Mənim tədbirlərimdə iştirak etmək istəyirlər. Hərdən onlardan bəzilərin də yaxına buraxıram, bilirəm ki, informasiya yığmaq üçün yaxınlaşır, qoy gəlsin, görsün ki, necə yaxşı dostlar əhatəsindəyəm...
- Deyirlər ki, gənclərə dəstək lazımdır. Qısa müddətdə populyar...
- ...O vaxt biz aylarla senzuradan keçirdik. Qanun var idi, ciddilik var idi. O vaxt ancaq sənətlə at oynatmaq olardı. Zarafat deyil, 1964-65-ci ildən sənətdəyəm və ilk addımlarım dövlət televiziyasının estrada və simfonik orkestrinin solisti olmuşam. Bu günə qədər o qurumun solistiyəm. İndi bu rahatdır. Bir dənə val var idi, disk-kaset yox idi! “Melodiya” firması var idi, ünlü sənətçiləri o vaxt Moskvadan gəlib bir həftə on gün yazardılar. Belə geniş imkanlar yox idi.
- O vaxt xarici görünüş, qadın üstünlükləri rol oynamayıb?
- Niyə olmayıb?! Vardı və olacaq da!
- Qadın rəqabəti, qısqanclıqları var idi?
- Var idi! O vaxtın da dedi-qoduları var idi. Amma onlar efirə çıxmırdılar. Şükür Allaha, bu indi də yoxdur dövlət televiziyasında.
- Siz indi nüfuz sahibisiniz. O vaxt sıfırdan başlayanda vəziyyət necə idi? Çətinliyiniz, əngəlləriniz olmuşdu?
- Yox... Əvvəla, sənətə böyük sənətkarların ailəsindən gəldim. Düzdü, onlar əvvəl istəmirdilər mən sənətə gəlim. Şəxsi həyatı qurmaq, çox problemlər yaranır. Mən Universitetin birinci kursundan müsabiqəyə qoşuldum və qalib gəlib Dövlət Televiziyasında Estrada Dövlət Simfonik orkestrinə solist oldum.
Mənimlə bacara bilmədilər. Sonralar rəhmətlik anam deyirdilər, əvvəllər deyirdilər, Tükəzbanın qızı, indi deyirlər İlhamənin anası…(ağlayır).
Qadın üçün müğənni olmaq çətindir. Müğənni olub sayğılı layiqli bir yeri tutmaq…
- İstər-istəməz itirdiyiniz nə isə olmalıdır…
- Təbii, təbii... İtirdiyim... yaşım çoxalıb, gənclik itib… nə bilim… həyatımda ən böyük itkim anam olub. Başqa heç bir itirdiyim günü, anı, dəqiqəmi qəbul etmirəm.
- Ölüm haqdır, qəbul olunandır. Mən sənətçi kimi itirdiklərinizlə maraqlanıram.
- Mən sənətdə də xoşbəxtəm. Ürəyim istəyən həyatı yaşamışam. Heç bir itkini mən qətiyyən qəbul etmirəm. Deyirlər ki, sənətimə görə filan şeyi qurban etmişəm. Yalan sözlərdir, elə şey yoxdur, nəyə görə mən qurban etməliyəm? Lazım olar, özümə qurban edərəm!
Bizdə sənət qadınının xoşbəxtliyini həyat yoldaşının olması ilə sayırlar. Allaha şükür, mənim həyat yoldaşım olub, qanuni ədəb-ərkanla toy görmüşəm, toyumu da Aftandil İsrafilov idarə edib. Və toyumu Qədir Rüstəmov oxuyub, səksən üçüncü ildə… Səksən dörddə? (bacısından soruşur) Hə, səksən dörddə! Mən nikah da, toy da görmüşəm. Bu gün də xoşbəxtəm, Allaha şükür, 25 yaşlı oğlum var, böyüyür. Bu gün - sabah onu da evləndirəcəyəm. Qaynana olacağam, “deduşkanın xanımı” olacağam! Özümə “babuşka” deməyəcəyəm, nənə olmayacağam (gülür). Hesab etmirəm ki, nə isə itirdim. Düzdü, o vaxt yoldaşımdan ayrıldım, yoldaşım da çox gözəl, mötəbər bir ailənin övladı idi, tələbə yoldaşımdı. Tərbiyəli, aristokrat bir insan idi. Mən mətbəximi açıb baxmaq, həyatımı roman kimi açıb oxumaq olmaz!
Bildim nəyi nəzərdə tutursan… Bu sənin jurnalist taktikan idi!
- Elə bir məqam olur ki, insan çox arzuladığı, həyatında məqsəd, amal seçdiyi bir şeydən belə yorula və üsyan edə bilir. Və özünə yaxın buraxmadığı, həyatından kənar tutduğu nələrisə həmin məqamda arzu etməyə başlayır…
- Yox, yox. Etməmişəm, eləmirəm də! Amma bir etirafı edim, əgər bilsəydim ki, bu gün müqəddəs kimi qəbul etdiyim incəsənətdə belə özbaşınalıq olacaq, sənətə gəlməzdim! Deyirsən niyə mətbuatdan qaçırsan? Çünki onlarla birlikdə özümü görmək istəmirəm. Açıq deyirəm. Allah eləməsin, hamıya şamil etmirəm. Elələri var ki, onlarla bir ərazidə olmaq istəmirəm. Elədiyimi eləmişəm. 45-50 il bundan qabaq bu səviyyənin olacağını bilsəydim, ömründə bu sənətə gəlməzim.
- Çünki incəsənətə indi imkanlı kişilər nəzarət edir, deyilmi?
- Bəli! Bu sponsorlar görürsən cavan bir qız - “göbələk”, villasını, arabasını göstərir və fəxr edir. Evdəki demir ki, ay abırsız, bunları haradan qazandın? Mən əlli ildi sənətdə çarpışıram, indi-indi maşın görürük. Mən hökumət bağında yaşayıram. Niyə mənim elə villam olmadı? Niyə maşınları bir-birinin dalınca düzmədim? Ailəmizin bir dənə avtomobili var, bunlar gündə bir avtomobilə görünürlər. Eləsi var ki, o sponsorun xanımı ilə dostluq edir. Kişini inək kimi sağır. Mən o efiri istəmirəm. Ciddi proqramla çıxıram. Ciddi insanlarla danışmağa üstünlük verirəm. Mən şou-proqramları özümə qəti qadağan etmişəm.
Mən ömrüm boyu pulsuz kiminsə əlindən tutub göyə qaldırmışam. İndi kimsə maqazin açırsa, ora məni açılışda iştirak etməyə çağırırsa, niyə gəlməliyəm? Göndərsin 50-60 min avro, desin gəl İlhamə xanım məni reklam et! Mən özümə hörmət edirəm. Bütün dünyada belədir! Mən Hollivudda dünya mədəniyyət çempionatından dörd medalla qayıtmışam! Mən Türk dünyasının sənət kraliçasıyamsa, Atatürk Kültür mərkəzində dünya qadınlarının simpoziumunda mənə beynəlxalq statuslu mükafat verilibsə, əgər mənim “Vətən” mükafatım varsa, “Amerikanın dünya səfiri” mükafatına layiq görülmüşəmsə, sıravi adam deyiləm! Belə çıxır!
- Gənc kişi müğənnilərə dəstək olmayanda deyir ki, mənə dəstək olmur, qadın müğənnisinə də dəstək olmayanda deyir ki, məni gəncliyimə qısqanır...
- Məndən gözəli yoxdur e bu arenada! İstər yaşlısı, istər cavanı! Bu saatdan sonra kimə paxıllıq edə bilərəm?! Mənə Allah verdiyini verib, istər gözəl ailə, gözəl nəsil! İstəyir savad, dünya görüşü!
- Bəs nə vaxt qaynana olmağa hazırlaşırsız?
- Üzümüzə gələn il, inşallah, istəyirəm oğlumu evləndirəm. Gəlinə ayrı ev verəcəyəm, üzü sulu... Səhərdən axşama qədər olsunlar evimdə, axşam öz evlərində olsunlar. Mən sənət adamıyam. Öz qayğılarım var. Bir də ki, imkanım varsa, ona lazımi şəraiti yaradacağam.
- Siz gəlin seçəndə maddiyatı nəzərə alacaqsınız? Kasıb gəlin alarsınız?
- Niyə almıram ki! Əvvəla, oğlum mənə deyib ki, sən kimi desən onu da alacam. O cavan oğlandır, vaxtını keçirir. Mən də oğluma, uzaq olsun, küçədən qız tapmayacağam. İndi zəmanə də elədir ki, diqqət tələb edir. Gəlinimə rəfiqə olacağam. Ürəyim gəncdir. Qəribə hissiyyatım var, o hissiyyat bəzən məni qorxudur. Mən elə bilirəm ki, hər şey qarşıdadır.
- Gəlininizdə hansı keyfiyyətlərin olmasını istəyərdiniz? Nəyin olması mütləqdir?
- Əvvəla, mənim şit insanlardan xoşum gəlmir. Şit olmasın! Özünə hörmət edən, sayğılı bir gənc olsun! Mənim oğluma hörmət etməlidir. Təbii ki, oğlum da ona hörmət etməlidir, o da edəcək, əgər o gəlini mən seçirəmsə. Təmizkar olacaq. Yoldaşının səliqə-sahmanına fikir verməlidir. Tutalım ki, bu keyfiyyətlər olmalıdır. Ev işini bacarmırsa, eybi yoxdur. Bax bacımın qızı burda əyləşib, o da ərə getməzdən əvvəl heç bir işi bacarmırdı. İndi hər şeyi bacarır.
- Gözaltınız var?
- Var amma Allah qoysa, nişanlananda deyəcəyəm. Səni də dəvət edəcəyəm.
- Mətbuat işıqlandıra biləcək?
- Yox!
- Bəs onda mən nə edəcəyəm?
- Sən mənim qonağım olacaqsan. Mənim kimi adamlara özümü, evimi nümayiş etdirmək düzgün deyil.
- Sizi ürəkdən istəyən sənət dostunuz var? Varsa kimlərdir?
- İnsanlar var ki, sənət aləmində yetərincə yaxşılıq etmişəm, amma o insanların çörəkləri dizləri üstə olub. Ad çəkməyəcəyəm. Allah ürəyimə görə versin! Hər şeyim var! O ayağı sürüşkənlər sürüşürlər… özümə söz vermişəm bundan sonra neytral olacağam. Artıq eləmirəm. Pisliyi də bacarmıram Allaha and olsun! Qalan ömrümü yaşamaq istəyirəm. İnanmıram ki, mən öləndən sonra ata-anamın qəbrini mənim qədər ziyarət edən, ruhunu yaşadan olacaq.
Heç kimə bu vaxtadək açıq danışmamışam… İnanın... adlarını çəkməli olsam, bir düjün insanlar məni ürəkdən sevənlər var! Var... və yenə də sonadək mən onlara inanmıram!
Lalə Yusifqızı

2101