Rus qadın xəyanətə dəhşətli intiqamla cavab verdi
25 mart 2009 10:00 (UTC +04:00)

Rus qadın xəyanətə dəhşətli intiqamla cavab verdi

O, rəfiqəsi ilə yatağa girən ərinin cinsi orqanını dişləyib qoparıb

Rusiyada dəhşətli, elə o qədər də əcaib bir hadisə baş verib. Hadisə barədə mətbuat bu yaxınlarda keçirilən məhkəmə prosesi zamanı xəbər tutub. Lent.az-ın məlumatına görə, ölkənin mərkəzi şəhərlərindən birində baş vermiş hadisə adi bir təsadüfdən başlayıb. Katya Xaritonova adlı bir qadın, əri Mixaillə səhər qaçışı zamanı yaxın rəfiqəsi Liza Dmitriyeva ilə rastlaşır. İdmandan sonar onu evine dəvət edir.

Evdə yemək süfrəsindən sonra dostlar televizora baxmağa başlayır. Maraqlı filmin yarısında idmandan yorğun qayıtmış və yaxşıca içmiş Katyanı yuxu aparır.

Qəflətən yuxudan oyanan Katya Mixail və Lizanı yataqda sevişdikləri yerdə yaxalayır. Əlinə keçən fənərlə Lizanın başından vuraraq onu yaralayan Katya, ərinin penisini dişləyərək, qoparır.

Yaranmış dəhşətli vəziyyətdən xəbər tutan qonşular həkimə xəbər verirlər. Həkimlər Mixailin penisi yerinə tikə bilirlər. Katya Xaritonova isə iki il həbs cəzasına məhkum edilir…
# 1173

Oxşar yazılar