Kefir immunitet sisteminə necə təsir edir? - Uşaqlar və yaşlılar...
02 dekabr 2020 17:05 (UTC +04:00)

Kefir immunitet sisteminə necə təsir edir? - Uşaqlar və yaşlılar...

Kefirin immunitet sistemini gücləndirdiyini bilirdinizmi?

5000 il əvvəl keçi südünü fermentləşdirərək Orta Asiyada köçəri kimi yaşayan türklər tərəfindən hazırlanan Kefir hazırda bütün dünyada istehlak olunur.

Lent.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, hazırda kefir inək, qoyun və ya keçi südünə xüsusi mayası əlavə etməklə hazırlanır. Bir çox probiyotik bakteriya və lazımi qidaları ehtiva edən kefir əsrlər boyu xüsusilə həzm sistemi xəstəliklərinin müalicəsində istifadə edilib.

Kefir antibakterial, antifunqal və iltihab əleyhinə təsir göstərir, immunitet sistemini gücləndirir və xəstəliklərlə mübarizə qabiliyyətini artırır.

Xroniki yorğunluğu müalicə edə bilən kefir stress, yuxusuzluq və əsəb depressiyası kimi problemləri də aradan qaldırmağa kömək edir. Damar sərtliyini və əzələ daralmalarının qarşısını alır və qanı təmizləyir.

 Sümük inkişafına və sağlamlığına verdiyi töhfələrə görə xüsusilə uşaqlar və yaşlı qadınlara tez-tez istehlak etmək tövsiyə olunur. Ancaq immunitet sistemini zəiflədən və ya immunitet sistemi xəstəlikləri olanların kefir içməzdən əvvəl bir həkimə müraciət etmələri tövsiyə olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3484
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar