Yıxılmışam dedi, yalan danışdığı məlum oldu
28 noyabr 2021 08:42 (UTC +04:00)

Yıxılmışam dedi, yalan danışdığı məlum oldu

Qaxda 45 yaşlı kişi yol qəzası zamanı xəsarət alıb.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, ötən gün axşam saatlarında rayonun Zəyəm kənd sakini 1976-cı il təvəllüdlü İnqİlab Balı oğlu Balıyev sol budun cırılmış və kəllə-beyn travması xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub. 

Müayinə zamanı İ. Balıyev yıxılaraq xəsarət aldığı bildirsə də, sonradan məlum olub ki, o yol qəzası zamanı xəsarət alıb. İ. Balıyevin müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta-ağır qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2586
avatar

Oxşar yazılar