Yarım əsr gizli qalan cinayət açıldı
16 noyabr 2021 05:33 (UTC +04:00)

Yarım əsr gizli qalan cinayət açıldı

Polis 1969-cu ildə baş vermiş qarəti törədəni müəyyən edib.

Lent.az-ın xəbərinə görə 1969-cu ildə ABŞ-ın Klivlend ştatında qəribə hadisə baş verib.

Sakit təbiətli bank işçisi axşam növbədən çıxarkən içərisində 250 min dollar olan çantanı götürərək aradan çıxıb. Pul bir həftə sonra tapılsa da, 20 yaşlı işçini tapmaq mümkün olmur.

Polis işin üstünü bu günlərdə açıb. Məlum olub ki gənc oğlan sonradan adını dəyişib, ailə qurub və 1000 km uzaqdakı ştatda avtomobil satışı ilə məşğul olub. İşin üstü bir sənəddəki imzanın oxşarlığı ilə aşkara çıxsa da, artıq gec idi. Polis cinayət təqibinə xitam verib. Çünki Teodor Konrad 6 ay əvvəl 71 yaşında dünyasını dəyişib. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2823
avatar

Oxşar yazılar