Vəkil hamamda öldürüldü
19 noyabr 2021 12:29 (UTC +04:00)

Vəkil hamamda öldürüldü

Moskvanın şimal-qərbində mənzildə bıçaq xəsarətləri olan kişi meyiti tapılıb.

Lent.az-ın Rusiya mediasına istinadla məlumatına görə, noyabrın 18-də axşam saatlarında Marşal Jukov küçəsindəki evlərdən birində döş və boyun nahiyəsində yaralar olan 41 yaşlı rusiyalının meyiti tapılıb.

Öldürülənin Moskva Vəkillər Kollegiyasının vəkili Artyom Karakaev olduğu bildirilir. 

Digər məlumata görə, onun meyiti vanna otağında aşkarlanıb. Həmin binanın mənzillərindən birində qeyri-adekvat vəziyyətdə qanlar içində başqa bir adam da tapıllıb.
Onun cinayətdə iştirakı yoxlanılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2607
avatar

Oxşar yazılar