Ukraynalı turist Alanyada onu qarət edən iki Azərbaycan vətəndaşını qətlə yetirib.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, hər şey iki azərbaycanlı Murad O. və Elnur B. motosikletlə avtomobilində əyləşən Dmitro T. adlı ukraynalının yanına gəlib ona silah tuşlaması ilə başlayıb.. Onlardan biri maşının yan şüşəsini sındıraraq ukraynalının içərisində 35 min avro olan çantasını ələ keçirib.
Bundan sonra hücum edənlər qaçmağa çalışsalar da, qarət edilən turist maşını fırladıb, onlara yetişib və onları vurub. Hər iki Azərbaycan vətəndaşı ölüb. Ukrayna vətəndaşı həbs olunub.