Texnikumdan qovulan gənc oğlan anasını və qardaşını öldürdü
17 may 2025 20:00 (UTC +04:00)

Texnikumdan qovulan gənc oğlan anasını və qardaşını öldürdü

Rusiyanın Tümen vilayətində 19 yaşlı gənc anasını və qardaşını bıçaqlayaraq öldürüb, sonra isə mərhumun adından bütün ay qohumları ilə əlaqə saxlayıb. Gənc oğlan qətli törətdikdən sonra Perm vilayətində gizlənib.

Lent.az yerli mediaya istinadla bildirir ki, qətl hadisəsi 19 yaşlı Denisin ailəsinin yaşadığı Tümen vilayətinin Uvatski rayonunun Demyanka kəndində baş verib. 

Məktəbi bitirdikdən sonra Qubaxadakı tibb texnikumuna daxil olan gənc qonşu rayona köçüb. Ancaq bir ay sonra dərslərdən yayındığı üçün texnikumdan qovulub. Bundan sonra Tümenə qayıdıb və supermarketdə işə düzəlib.

Məlumata görə, onun tez-tez anası ilə münaqişəsi olub və 2024-cü ildə hətta evi tərk edib. Qadın növbəti mübahisə zamanı oğlunu “bacarıqsız” adlandıranda o, bıçağı götürüb, anasına bir neçə bıçaq zərbəsi vurub. Sonra isə inkişaf qüsuru olan 23 yaşlı qardaşına hücum edib.

Denis ailə üzvlərinin cəsədlərini gizlədərək Perm vilayətinə qaçıb. Növbəti bir ayda isə öldürdüyü anasının adından qohumları ilə əlaqə saxlayıb. Lakin qatil onları Perm şəhərinə köçdüyünə inandırmaq istəyəndə onlar polislə əlaqə saxlayıblar. İki nəfərin qətli ilə bağlı cinayət işi açılıb. Şübhəli şəxs istintaq təcridxanasındadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 698

Oxşar yazılar