Abşeronda taksi sürücüsünə qarşı quldurluq edilib.
Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, noyabrın 7-də saat 2 radələrində Hökməli qəsəbəsi ərazisində Bakı şəhər sakini O.Həsənovun idarə etdiyi “Chevrolet” markalı avtomobildə sərnişin onun baş nahiyəsinə küt alətlə xəsarət yetirərək mobil telefonunu alıb. Bu barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Məhərrəmli müəyyən edilərək saxlanılıb.