"Şollar" kafesində QANLI DAVA:  bıçağı qarnına sancdı
06 dekabr 2023 09:46 (UTC +04:00)

"Şollar" kafesində QANLI DAVA: bıçağı qarnına sancdı

Bakıda kafelərin birində bıçaqlanma hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Xocasən qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən “Şollar” kafesində qeydə alınıb.

Hadisə zamanı Məmmədov İlyas Zəkulla oğlu qarın boşluğundan bıçaq xəsarət alıb.

İlyas Məmmədov Bakı şəhəri Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

# 4077
avatar

Arzu Qurbanlı

Oxşar yazılar