Rayonda uşaqlıq dostları tutuldu -  SƏBƏB
16 avqust 2021 10:48 (UTC +04:00)

Rayonda uşaqlıq dostları tutuldu - SƏBƏB

Zaqatalada külli miqdarda narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri - Elvin Həsənov və əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə dəfələrlə məhkum olunmuş Vüsal Albuşov saxlanılıb. Sonuncunun Göyəm kəndində kirayədə yaşadığı evə baxış keçirilən zaman oradan 10 kiloqramdan artıq marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Uşaqlıq dostları olan saxlanılan şəxslər ifadələrində həmin narkotik vasitəni də bir müddət əvvəl becərdikləri çətənə kollarından yığdıqlarını və qurutmaq üçün kirayədə yaşadıqları evdə sərdiklərini bildiriblər.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində cinayət işi başlanılıb, V.Albuşov və E.Həsənovun ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

# 1965
avatar

Mehman Nəbiyev

Oxşar yazılar