Bakıda küçədə meyit tapılıb.
Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.
Küçədən tapılan meyit müayinə edilib. Onun üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Araşdırmırlar zamanı meyiti tapılan şəxsin Cəlilabad sakini 60 yaşlı Əhmədağa Həsənov olduğu müəyyən edilib.
Onun ölümünün səbəbləri məlum deyil.
Faktla bağlı araşdırmalar aparılır.